Qız və oğlanın kəbində iştirak etməsi vacibdirmi?

    12.05.2020
Kimdən: 
pəriş
Sual: 
Salam aleykum və rəhmətullah bərəkətu mən 16 yaşıma keçəndə ailə həyatı qurdum Mənə dini kəbin kəsiləndə qaynanam gedib kəbini kəsdirdi nə yoldaşım getdi nə mən bizim dini kəbin doğru sayılmırmı
Cavab: 

Aleykum salam. Kəbin kəsdirərkən qız və oğlanın razılığından sonra əsas olan qızın vəlisinin (atasının, qardaşının, əmisinin və s.) izni və iki şahidin kəbində iştirakıdır. Qızın kəbində iştirak etməsi şərt deyil. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Vəli (qızın himayədarı) və iki şahid olmadan nikah sayılmır" (Əbu Davud, 2085). Əgər qızın vəlisi və oğlan kəbinin kəsilməyinə razılıq vermişlərsə, bu zaman onlar, öz əvəzlərinə başqlarını vəkil təyin edə bilərlər. Ola bilsin onlar kəbində iştirak etməsələr də əvəzlərinə vəkil təyin olunmuşdur. Kəbin barədə daha ətraflı oxuyun:

Teqlər: 
Paylaş: