Övladını itirmiş valideynin mükafatı haqqında hədislər

    19.05.2020
Sual: 
Salam Aleykum, Menim bacim oglu 2 yawinda noyabr ayinda dunyasini deyiwdi. Bacim hec ozune gelmir cox agliyir.Dunyasinu deyiwmiw korpelere aid nese hedisler revayetler varmi? Belke bacim oxuyub rahatliq tapdi.Ve onun cox aglamaqa gunahmi?
Cavab: 

Aleykum salam. Övlad itkisi nə qədər ağır olsa da, Uca Allah bu itkiyə səbir edib mükafatını Ondan umana verdiyi mükafatı da bir o qədər böyükdür. Mömin insan bilməlidir ki, biz imtahan dünyasında yaşayırıq və bu dünyada imtahan olunmağımız qaçılmazdır. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki onlara bir müsibət üz verdikdə: "Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!" - deyirlər. Onlara öz Rəbbi tərəfindən salavat (təriflər) və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157). 
Övlad itkisinə səbir edənin mükafatı barədə bəzi hədisləri buradan oxuya bilərsiniz: Ölmüş körpə üçün ağlamaq 

Teqlər: 
Paylaş: