Arzusunda olan adamı ziyarətə göndərən şəxs onun əməlini etmiş kimi sayılırmı?

    15.05.2020
Sual: 
Salam Aleykum.eshitmishemki arzusunda olub gede bilmeyen adami mesumlarimizin ziyaretine(meshed,kerbela,hecc,umre)gonderende Allah da gonderen insani ziyaret etmish kimi qebul edir.bu duzdu?
Cavab: 

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, Uca Allah bizə Quranda yalnız həcc və ümrə ziyarətlərini buyurmuşdur. Uca Allah buyurur: "Allah üçün həcc və ümrəni tam yerinə yetirin". (əl-Bəqərə, 196). Məşhəd və Kərbəla ziyarətlərini isə dinimiz buyurmamışdır. Bu barədə daha ətraflı olaraq bu cavabları oxuyun:

Həcc və ümrə ziyarətlərinə göndərilən adamların hər birinə görə savab yazılır. Həmçinin bilin ki, bir əməlin savabının insana yazılması o əməlin vacibliyini onun üzərindən düşürmür. Uca Allah maddi imkanı və fiziki gücü olan hər bir müsəlmana ömründə bir dəfə həcc etməyi vacib etmişdir. Uca Allah buyurur: "Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur". (Ali İmran, 97).
İnsanları həccə göndərənə həcc savabı yazılır. Lakin bu, həcc ibadətinin vacibliyini onun üzərindən götürmür. Buna görə də, həccə göndərən şəxs ilk olaraq özü həcc etsin, sonra isə imkan daxilində başqalarına həccə getməyə yardım etsin. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: