Ölüyə salavat demək olarmı?

    15.05.2020
Sual: 
Salam aleykum Ölüyə salavat demək olar? Bu nə dərəcədə düzgündür, ətraflı yazardız zəhmət olmasa, Allah sizdən razı qalsın, elminizə bərəkət versin Amin!
Cavab: 

Aleykum salam. "Salavat gətirmək" dedikdə, Allahdan Peyğəmbərə və onun ailəsinə xeyir-dua istəmək nəzərdə tutulur. Uca Allah buyurur: "Həqiqətən də, Allah və Onun mə­ləkləri Peyğəmbərə xeyir-dua verir­lər. Ey iman gə­tirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla onu sa­lam­la­yın" (əl-Əhzab, 56).

Ölüyə salavat gətirmək düzgün deyil. Ölü üçün dua etmək, Allahın onu qəbirdə və Axirətdə sabit etməsini, qəbir əzabından qorumasını diləmək lazımdır. Bu barədə ətraflı olaraq bu cavabı oxuyun:

Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər? 

Həmçinin salavat barədə oxuyun:

Teqlər: 
Paylaş: