Görmədiyi halda özündən yuxu uydurmaq haqqında

    19.05.2020
Kimdən: 
Abudavud
Sual: 
Salam aleykum. Yuxu görmediyi halda yalandan filan yuxu görmüşem demek Allaha iftira atmaq sayilir? Bu haqda hansısa hedis varmi? Varsa sehih veya zeif olmasını qeyd edin zehmet olmasa.
Cavab: 

Aleykum salam. Bir insanın görmədiyi halda yalandan yuxu gördüyünü deməsi böyük günahdır. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu əməldən çəkindirərək demişdir: "Yalanların ən böyü­yü bir adamın yuxuda görmədiyi bir şeyi gözləri ilə gördüyünü iddia et­mə­si­dir" (əl-Buxari, 7043). Başqa bir hədisdə demişdir: "Kim özün­dən bir yu­xu uydursa, (Qiyamət günü) ona iki arpa dənəsini bir-birinə calaşdır­maq bu­yurular, ancaq o, bu dənə­ləri heç vaxt calaşdıra bilməz" (əl-Buxari, 7042). 

Başqa bir hədisdə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) yuxunun Allahdan olduğunu bildirərək demişdir: "Gözəl yuxu Allah­dandır".  (əl-Buxari, 3292). Yalandan yuxu gördüyünü deyən şəxs Allahın adından yalan danışdığı üçün bu əməl böyük günahdır. Uca Allah buyurur: "Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: "Mənə də vəhy olunmuşdur"– söyləyəndən və: "Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm"– deyəndən daha zalım kim ola bilər?" (əl-Ənam, 93). Həmçinin oxuyun: Yuxu haqqında

Paylaş: