İnsan sözünün mənası nədir?

    24.06.2020
Kimdən: 
Mömin insan
Sual: 
Səlamün əleyküm. Sizə iki sualım var. 1) Allah mələkləri hansı maddədən yaradıb? Bu barədə Quranda ayə var? 2) İnsan sözünün mənası bəyəm unudan deməkdir?
Cavab: 

Aleykum salam.
1) Uca Allah mələkləri nurdan yaratmışdır. Bu barədə Quran ayəsi olmasa da Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət edilən hədis vardır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah mələkləri nurdan, cinləri isə tüstüsüz oddan, Adəmi isə sizə deyildiyi şeydən yaratdı".
Mələklər barədə dsha ətraflı oxuyun:
Mələklər haqqında
Mələklərin xüsusiyyətləri
Mələklərin vəzifələri

2) İnsan sözünün mənası barədə iki rəy var:
Birinici. Bəzi alimlərə görə insan sözü نَسِيَ "nəsiyə" (unutmaq) feilindəndir. İbn Mənzur, İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, "Adəm övladının "İnsan" adlanmasının səbəbi budur ki, Uca Allah ondan əhd almış, o isə unutmuşdur". Uca Allah bu xüsusda buyurur: "Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik". (Taha, 115). Kufə dilçilərinin rəyi də budur. 
İkinci və daha doğru olan da budur ki, insan sözü ərəbcə أُنُوسة "unusə" (ünsiyyət) sözündəndir. İnsan təklikdə yaşaya bilməyib, daim ünsiyyətdə olmağı sevdiyi üçün belə adlanmışdır. 
Teqlər: 
Paylaş: