Namazdan sonra öz dilimizdə dua edə bilərikmi?

    04.08.2020
Kimdən: 
Ferhad
Sual: 
Salam men bilmek isdeyirem salam verib namazi bitirdikden sonra oxunan dualari oz dilimizde oxuya bilerem?
Cavab: 

Aleykum salam. Namaz qılan insan həm namazın içində (səcdədə, təşəhhüddən sonra, qunutda və s.), həm də namazdan sonra öz dilində xeyirli dualar edə bilər. Necə ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) təşəhhüddən sonra dua barədə demişdir: "Bundan sonra hər kəs özünün xoşuna gələn duanı seçib oxuya bilər". (Səhih əl-Buxari, 835). Lakin, dua etmək istəyən üçün daha mükəmməl olanı budur ki, Quran və səhih hədislərdə gələn duaları ərəbcə mənasını bilərək etsin. Çünki, Uca Allah Quranda peyğəmbərlərin və saleh insanların qəbul etdiyi dualarını bizə öyrətmək üçün zikr etmişdir. Həmçinin, Peyğəmbərimizə (Allahın ona salavatı və salamı olsun) verilən möcüzələrdən biri də qısa məzmunlu, geniş mənalı dualardır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mən yığcam kəl­mə­lərlə (peyğəmbər) göndərildim". (Səhih əl-Buxari, 2977). Həmçinin oxuyun:
Quran və Səhih hədislərdən seçilmiş dualar
Duanı hansı dildə oxumaq yaxşıdır?

Teqlər: 
Paylaş: