Bu saytdakı materialları paylaşmağa halallıq verirsinizmi?

    10.09.2020
Kimdən: 
Muxtar
Sual: 
Salam suallara çox gözel cavab verirsiniz amma, bezen paylaşdıqlarınızı götürürem Halallıq verin
Cavab: 

Və aleykum Salam. Saytdakı materialları paylaşmağa nəinki icazə verilir, hətta sizi buna təşviq edirik. Paylaşımlarınızda sayta istinad verməyə də ehtiyac yoxdur. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali İmran, 104). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bizdən bir hədis eşidib onu olduğu kimi çatdıranın Allah üzünü ağ etsin! Ola bilsin ki, onu eşidən çatdırandan daha anlayışlı ol­sun!" (ət-Tirmizi, 2657).

Teqlər: 
Paylaş: