Masturbasiya etmək savab əməlləri puç edirmi?

    31.08.2020
Kimdən: 
Masturbasiya Etdiksə Bütün Savablarımız Silinərmi?
Sual: 
Salam Aleykum. Men eşiddiyime göre masturbasiya etdikde bütün savablarımız siliner bu doğrudurmu?
Cavab: 

Və aleykum Salam. Bütün savab və yaxşı əməlləri puç edən yeganə günah, Allaha şərik qoşmaqdır. Uca Allah buyurur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan". (əz-Zumər, 65). Şirkdən başqa günahlar isə müəyyən qədər savab əməllərə təsir etsə də, onlara xələl və naqislik gətirsə də, bütövlükdə savabları silib aparmır. Həmçinin, istimna etmək də hər nə qədər haram olsa da, insanın savab əməllərini tamamən silib aparmır. Həmçinin oxuyun:
Masturbasiya etməyə icazə verilirmi?
Günahlar savabları yuyub aparırmı?
Günahların insana nə kimi zərərləri var?

Paylaş: