Uşağa Allahyar adını qoymaq olarmı?

    31.08.2020
Sual: 
Allahyar adı islamda şirk sayılırmı?peyğəmbərlər istisna olmaqla bəşər övladı allahın yarı ola bilərmi?uşaqlara allahyar adı verməklə valideynlər allaha şərik qoşmuş olurlarmı?
Cavab: 

Salam aleykum. Allahyar sözünün mənası "Allahın sevimlisi" deməkdir. Bu adın uşağa qoyulması şübhəlidir. Dinimiz şübhəli məsələlərdən çəkinməyi buyurmuşdur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Həqiqətən halal da bəllidir, haram da. Onların arasında (halal və ya haramlığı bəlli olmayan) şübhəli şeylər vardır ki, bir çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim ki, şübhəli şeylərə düşərsə, harama düşmüş sayılar". (Səhih əl-Buxari, 52; Səhih Muslim, 1599). Bu səbəbdən dinimiz uşağa daha mənalı və şəriətlə icazəli olan adları qoymağı tövsiyə edir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Allaha ən sevimli adlar Abdullah və Abdur-Rahmən adlarıdır". (Səhih Muslim, 2132). Həmçinin oxuyun: Uşağa ad qoymaq barədə

Teqlər: 
Paylaş: