İslamda nikah və toyun qaydaları necədir?

    16.04.2014
Sual: 
Salam aleykum va rahmatullahi. Qardash size iki sualim var. 1. Sherietle nigah nece ve hansi qaydada baglanilir? 2. Sherietle toy nece ve hansi qaydada olmalidir? Allah rizasi uchun bu iki suali etrafli ardicil siralamayla nece shertlerle etmek oldugunu yazardiniz.
Cavab: 

Aleykum salam.

  1. Dinimizdə nigahın şərtləri vardır. İlk növbədə hər iki tərəfin razılığı vacibdir. Qız tərəfdən vəli (qızın atası) olmalıdır, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Vəlisiz nigah yoxdur". Ondan əlavə iki nəfər şahid olmalıdır və həmçinin, qıza mehr verməlidir. Daha ətraflı bu məqaləni oxuyun: Nikah bağlamağın qaydaları
  2. Müsəlman toyunun necə keçirilməsi haqda səhih hədislərdə xəbər verilir. Bildiyiniz kimi Uca Allah İslam dinini bütün xalqlara, millətlərə göndərmişdir. İslam yer üzərində asan və ən kamil dindir. İslam hər bir xalqın adət-ənənəsinə hörmətlə yanaşaraq toy, nişan və s. kimi mərasimlərin keçirilməsi üçün bir qayda olaraq müəyyən adət-ənənə tətbiq etməmişdir. İslam sadəcə olaraq haramları bəyan etmiş və onlardan çəkinməyə çağırmışdır. Ölkəmizdə keçirilən toy mərasimlərində daha çox yol verilən günah əməllər aşağıdakılardır:
    • İçki verilməsi
    • Kişilərlə qadınların bir məclisdə iştirak etməsi
    • Açıq saçıq geyimlər
    • Musiqi verilməsi
    • İsrafcılığa yol verilməsi
    • Yəhudi və xristianların adət-ənənələrindən istifadə edilməsi
Teqlər: 
Paylaş: