Fatimənin ölənə qədər Əbu Bəkrdən küsülü qalması doğrudurmu?

    18.11.2020
Kimdən: 
Abdullah
Sual: 
Salam Aleykum.Sizdən Fədək bağı haqqında sorumaq istərdim.Bildiyimiz kimi Ebu Bəkr.r.a Fədəyi Fatimə.r.a anamıza vermədi Peyğəmbərimiz s.a.v-in etdiyi kimi etdi.Bunlar mənə aydındı.Sualım budurki Buxaridə bu mövzu haqqında Fatimə r.a anamızın bu hadisədən sonra 6 ay yaşayıb və o 6 ay müddətində Hz.Ebu Bəkr r.a-nı danışdırmayıb,küsüb? bu doğrudurmu ?Belə bir hədis var? Buxarinin kitabı məndə yoxduki özüm oxuyam.Xaiş edirən suallarma dəlilnən cavab verin.Allah elminizə bərəkət versin.Amin ecmain
Cavab: 
Və aleykum Salam. Fatimənin, Əbu Bəkrə qarşı qəzəblənməsi və qəzəbli halda dünyasını dəyişməsi onun barədə yayılan bu məlumat çox məşhurdur. Lakin səhih rəvayətə görə Əbu Bəkr sonradan Fatimənin könlünü almış və o da Əbu Bəkrdən razı qalaraq dünyasını dəyişmişdir. Bu rəvayəti bir çox elm adamları İmam əş-Şə'bidən səhih-mürsəl rəvayətlə nəql etmişlər. (Fəthul-Bari: 6, 232). əş-Şə'bi böyük tabiinlərdəndir. Həmçinin Əbu Bəkrin Fatimənin ölümündən xəbərsiz olmasını deyənlər də var. Məşhur rəvayətə əsasən Fatimənin cəsədini Əsma binti Umeys və Əbu Bəkr əs-Siddiqin yoldaşı Əsma yumuşlar. Necə ola bilər ki, Əbu Bəkr əs-Siddiqin yoldaşı Fatimənin cəsədini yusun, amma Əbu Bəkrin onun ölmündən xəbəri olmasın? Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: