Namazdan sonra Peyğəmbərə neçə dəfə salavat gətirilməlidir?

    15.04.2014
Kimdən: 
Rəhbər Hüseynov
Sual: 
Salam aleykum. Size bir sualIm var. Amma xahiş edirem ki, sualimi cavablandirin. (Sallallahu aleyhi ve ale elihi ve sellem) sozu neche defe deyilir? Men bunu her namazda demeliyem? Yoxsa her cume? Allah komeyiniz olsun! Allah sizden razI olsun! Salamat qalin.
Cavab: 

Aleykum salam. Sübh namazından sonra və məğrib (günbatan) namazından yarım saat əvvəl səhər-axşam zikrləri edərkən Peyğəmbərə (salləllahu aleyhi və alə əlihi səlləm) on dəfə salavat gətirmək yaxşıdır. Peyğəmbərimiz (salləllahu aleyhi və alə əlihi səlləm) buyurub: "Kim səhər on dəfə, axşam da on dəfə mənə salavat gətirər­sə, (Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!) Qiyamət günü şəfaətim ona çatar". 
Hər namazdan sonra deyilməsi isə buyurulmamışdır. Ümumiyyətlə gün ərzində və xüsusilə cümə günü çoxlu salavat gətirmək böyük savabdır. 

Teqlər: 
Paylaş: