Anamın əvəzinə nəzir orucu tuta bilərəmmi?

    17.04.2014
Sual: 
Salam aleykum. Anam bir chetinliyinde 3 gun oruc tutmayi niyyet edib. Lakin sonradan ağir xestelenib, oruc tutmaq qeti qadaqandir. Ovladi olaraq men onun evezine niyyet, yeni nezir orucu tuta bileremmi ve mumkundurse, sahur ve iftarda hansi dualar oxunur. Xahis edirem, cavabi cox gecikdirmeyin. Tesekkur edirem.
Cavab: 

Aleykum salam. Əgər ananızın oruc tutmaq imkanı yoxdursa, onda onun əvəzinə tuta bilərsiniz. Oruc tutmağa nəzir edən insan orucu tuta bilmədikdə imkanı varsa kəffarə olaraq nəzir etdiyi günün sayı qədər kasıbların qarnını doyuzdursun. Əgər bir kəs oruc tutmağı nəzir deyibsə, könüllü şəkildə onun əvəzinə kimsə tutmaldır və ya kəffarəsini verməlidir. 

 

Teqlər: 
Paylaş: