Hər kəs öz ölkəsi ilə oruc tutmalıdırmı?

    30.11.2020
Sual: 
Salam aleykum. Allah razı olsun sizden suallara cavab verdiyiniz üçün. Sualım beledir menim bildiyim her kes öz ölkesi ile oruc tutmalıdır. Amma bir çox insanlar başqa ölkelerle Erebistan Türkiye ile oruc tutur bu ne qeder düzgündür? Her bir insan öz ölkesi ile oruc tutmamalıdır mı? İndiden Allah razı olsun.
Cavab: 
Və aleykum Salam. Peyğəmbərimiz hər müsəlmana öz ölkə əhalisi ilə orucu başlayıb, ölkə əhalisi ilə də bayram etməyi buyurmuşdur.  Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Oruc sizin (yəni, camaatın) oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". (ət-Tirmizi, 697). Bəzilərinin başqa müsəlman ölkələrinin təqvimlərini əsas götürmələri böyük səhvdir və bunun heç bir əsası yoxdur. Belə edənlər qeyd olunan hədisə qarşı çıxıb camaatın parçalanmasına səbəb olurlar. Bunu səbəb isə ya dini elmsizlikləri, ya da təəssübkeşlikləri və haqqı qəbul etməməkləridir. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: