Bir insanın malının artması niyyəti ilə sədəqə verməsi doğrudurmu?

    01.12.2020
Sual: 
Salam. Men telebeyem ve bacardigin qederi ile elime pul gelende azda olsa sedeqe verirem. Bunu hec kese bildirmeden gizlin edirem, amma men elediyim her yaxshiliqda ele bil cavab gozleyirem. Bugun 1 eledimse sabah mene 2 qayidacaq. Bele gozlentide olmaq gunahdir. Ve ya savabim azalir?
Cavab: 

Və aleykum Salam. Bir insan etdiyi yaxşılıqla ilk növbədə Allahın rizasını qazanmağı niyyət etməlidir, lakin Allah üçün etdiyi yaxşılıqla həm dünya, həm də Axirət mükafatını istəməsi icazəlidir və bu onun üçün heç də qəbahət sayılmır.
İnsan etdiyi yaxşılıqla axirətdən üz döndərib yalnız dünya mükafatını nəzərdə tutmamalıdır. Necə ki, Uca Allah buyurur: "İnsanlar arasında: "Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!" - deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan: "Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!" - deyənləri də vardır. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir". (əl-Bəqərə, 200-202). Abdur-Rahmən əs-Sadi bu ayənin təfsirində deyir:
"Bu dünyada "gözəl nemətlər" dedikdə, xoşagələn və icazə verilən ruzi, vicdanlı əməklə qazanılmış sərvət, mömin zövcə, sevinc bəxş edən övlad, rahat həyat, faydalı biliklər, saleh əməllər və insanlara halal və lazım olan bir çox başqa şeylər nəzərdə tutulur. Axirət həyatında"
"gözəl nemətlər" dedikdə isə, qəbirdə, Qiyamət günü dirildikdən sonra məhşər ayağında və Cəhənnəmdə cəzadan xilas olmaq və həmçinin Allahın lütfünə və Rəhimli Rəbbin yaxınlığında olmağın əbədi ləzzətinə nail olmaq nəzərdə tutulur". Həmçinin oxuyun:
Yaxşılıq etdikdə Allah onun əvəzini verirmi?
Malınızdan Allah yolunda xərcləyin
Savab işin mükafatı nə qədərdir?

Teqlər: 
Paylaş: