Nəyə görə evdə it saxlamaq olmaz?

    16.04.2014
Sual: 
Salam aleykum. Evde it saxlamaq niye olmaz. Bilirem ki, itde mikrob olur. Daha teferruati ile yazmaginizi isterdim. Eger hedis varsa bu barede yazardiz. Allah razi olsun. Allah elminize bereket versin
Cavab: 

Va aleykum Salam. Evdə it saxlamağın qadağan olunması ilə bağlı hədislər vardır. Əbu Hureyra (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Cəbrail (Allahın ona salamı olsun) mənim yanıma gələrək dedi: "Dünən gecə sənin yanına gəldim. Evə daxil olmağım üçün qapının üzərindəki heykəldən, otaqdakı naxışlı pərdədən və itdən başqa heç nə mane olmadı. Buna görə də evdəki heykəlin başının sındırılmasını əmr et. Onda bir ağac şəklinə düşər. Sonra naxışlı pərdənin kəsilməsini əmr et. Ondan dirsəklənmək və üzərində oturmaq üçün iki döşəkcə düzəldilsin. İtin də evdən çıxarılmasını əmr et". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunları etdi. Həsən və ya Huseynin (Allah onlardan razı olsun) iti onların çarpayılarının altında idi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) onun çıxardılmasını əmr etdi". (Əbu Davud, 4160). Burada üzərində heyvan və ya insan surəti olan şəkillər nəzərdə tutulur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İt saxlayan adamın gündəlik olaraq savabından bir qirat azalar. Yalnız əkin sahəsini və mal-qaranı qoruyan itdən başqa". (əl-Buxari, 2322). Namaz qılan adamın evində it saxlaması icazəli deyil. İtin ağız suyu murdar olduğuna görə evdə hər yeri murdarlayır və evi namaz qılmaq üçün yararsız edir. Həmçinin, demişdir: "Yalnız çoban itin­dən, bağ itindən və ov itindən başqa". (əl-Buxari, 2322). Burada meyvə bağlarını, yaşadığınız həyəti və əkin sahələrini qoruyan it nəzərdə tutulur.

Paylaş: