Baxıcılıqla qazanılan pulla alınan ərzaq halaldırmı?

    04.02.2021
Sual: 
Salam əleykum.bir sualım var.menim babam baxicidi.cox vaxt yanına gələnlər olur.men bunun günah olduğunu bilirəm.ne qeder dedemde yenə bu işdən əl çəkmir.bele şeylərlə elde olunan pulların haram olduğunu bilirəm.o pullarla eve müxtəlif ərzaq alınır mən nə edim demek olar ki başqa gelir yeridə yox.o pullarla alınan ərzaqları yesem mene günah yazılır?
Cavab: 
Aleykum salam. Dinimizdə baxıcılıqla və falçılıqla məşğul olmaq haramdır və bu yolla əldə olunan qazanc da haramdır. 
Baxıcılıqla əldə olunan qazancdan yeməyə gəlincə, əgər sizin başqa qazanc yeriniz yoxdursa, sizə bu qazancdan yemək günah sayılmır. Sizin üzərinizə düşən babanızı bu əməldən çəkindirməkdir. Əgər çəkindirirsinizsə, demək üzərinizə düşəni yerinə yetirmiş olursunuz. Həmçinin oxuyun: Əri haram yolla pul qazanan qadın nə etməlidir?
Paylaş: