Müxtəlif günlərdə ölən insanların qırx mərasimini eyni günə salmaq olarmı?

    07.01.2021
Kimdən: 
Lale
Sual: 
Salam Menim atam 26.06.2020ci ilde rehmete gedib ve ayin 26si da torpaga tapsirilib.Anam 28.06.2020de rehmete gedib ve ayin 29u torpaga tapsirilib.Bilmek isteyirdim onlarin ikisinin 40ni bir gune salmaq olar???Ve hansi tarixe dusur 40lari?Nece molladan sorusmusuq here bir soz deyir.Bir de biz 4baciyiq bezileri deyir ki 4gun ireli ya geri cekilmelidir 40gunleri? Onlarin 40ni hansi gunde versek daha uygun olar???Sizin de fikrinizi bilmek isterdik.
Cavab: 
Va aleykum Salam. İslam dinində ölən insan üçün "cümə axşamı", "yeddi", "qırx" kimi mərasimlər, habelə "ölüyə Quran oxumaq", "qəbrin üstünə gül qoymaq", "şam yandırmaq" və.s bu kimi əməllər dinə sonradan əlavə olunmuş bidət (yenilik) əməllərdir.  Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) zamanında belə şeylər olmamış, o, nə özü bunları etmiş nə də başqalarına bunu əmr etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər bir bidət zəlalətdir, hər bir zəlalət isə cəhənnəm odundadır". (Əbu Dəvud, 4067; ən-Nəsai: "Sunən", 3/188). Başqa bir hədisdə isə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (Səhih əl-Buxari, 2697; Səhih Muslim, 1718). Daha ətraflı: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır? 
Teqlər: 
Paylaş: