Həyat yoldaşım mənə çox qadağalar qoyur, bu düzgündürmü?

    03.10.2021
Kimdən: 
Fidan
Sual: 
Heyat yoldasım mene çox qadagalar qoyur.İsteyirem onlari elemesin
Cavab: 
Salam aleykum. Kişinin haqsız yerə xanımını incitməsi, ona yersiz, əsası olmayan qadağalar qoyması günahdır, lakin dinimiz qadına günah olmayan məsələlərdə ərinə itaət etməyi, onunla gözəl davranmağı, ərinin namusunu və malını qorumağı vacib buyurub. İslam dini ərlə arvadın bir-birinə qarşı hörmətlə, gözəl şəkildə davranmalarını əmr edir. Bu, həm kişiyə, həm də qadına vacibdir. Ancaq, kişinin qadın üzərində olan haqqı, qadının kişi üzərində olan haqqından bir dərəcə üstündür. Bu üstünlük qadının ərinə itaət etməsidir. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir". (əl-Bəqərə, 228).  Ərinizə gözəl əxlaqla, kefinin yaxşı olduğu vaxtlarda haqqınız çatan şeyləri qadağan etməsinin düzgün olmadığını nəsihət edin. Həmçinin, sözünü eşidib dinlədiyi böyüklər də bu barədə ona nəsihət edə bilərlər. Həmçinin, oxuyun:
Teqlər: 
Paylaş: