Qızın valideynlərinin icazəsi olmadan kəsilən kəbin doğrudurmu?

    21.05.2021
Kimdən: 
Seva
Sual: 
Salam. Qız oğlanla qoşulub gedib mecbur qalıb. Ve oğlanın ailesi kebin,nigah edib toy edibler.qızın heç bir yaxını iştirak etmeyib meclisde.bu nigah haram sayılır? Artıq 12 ildir bu aile qurulub.
Cavab: 

Aleykum salam. Nikahın şəriətlə düzgün sayılması üçün qızın vəlisinin (atası, qardaşı, əmisi və s.) icazəsi və halallığı mütləq olmalıdır. Qız vəlisinin izni olmadan ailə qura bilməz və qızın vəlisinin izni olmadan oğlan evinin kəsdirdiyi kəbin etibarsızdır. Əgər sonradan barışıq olarsa və atanın halallığı alınarsa, yeni kəbin kəsilməlidir. Daha ətraflı:
Nikah bağlamağın qaydaları
Qoşulub qaçmağın haram olması barədə
Kəbin kəsdirmək üçün nə etmək lazımdır?

Paylaş: