Qayınanam ailəmizin hər işinə, hətta yeməyimə də müdaxilə edir...

    29.07.2021
Sual: 
Salam aleykum.Qaynanamgille bir yaşayiram.Qaynanam her seye müdaxile edir "üzr isteyirem" hetta yoldaşımla aramizda olana bele qarsir.ayri yasamaq üçün imkanda var ama valdeyinler qeti razi olmur.2 aylıq körpem var ana südüyle qidalanir.yediyim yemeye bele qarsir istemir biraz artiq yeyim yada nese istediyimi bisrim.ac qaliram körpem yaziq olur.yoldasimsa normal ye deyur bu veziyyetde.qaynanam hetta gelen geden yaninda çox ariqdi deyerek meni alcaldir.duz anlayin yazdigımı qarin davasi deyil sadece yediyim her dilim güdulür körpeni qidalandiraraq yoldaşımda kokelmeyimi teleb edir ama anasina sozde deye bilmir.ne etmeliyem yoldaşım eve her şeyi alıb getirdiyi teqdirde veziyet beledirse
Cavab: 
Aleykum salam. Qadının əri üzərində olan haqlarından biri də budur ki, imkan olduğu təqdirdə əri onu müstəqil yaşayış yeri ilə təmin etsin. Odur ki, qeyd etdiyiniz problemlərin yaşanmaması üçün ərinizdən onun ailəsindən ayrı yaşamağı tələb edə bilərsiniz, lakin bu tələb onlarla münasibətlərin pozulmasınsa və ya ailənizin dağılmasına gətirib çıxarmamalıdır. Daha ətraflı: Yoldaşımın valideynlərindən ayrı yaşamaq istəməyim düzgündürmü?

Qaynananızın müəyyən hərəkətlərindən xoşunuz gəlməsə də, ailənizə ciddi problem yaratmadığı təqdirdə mükafatını Allahdan istəyərək səbir edin və xoş davranın. Bu vəziyyət sizi ərinizə itaət etməkdən uzaqlaşdırmamalıdır. Ərinizdən xahiş edin ki, qaynananızın sizin ərinizlə aranızda olan şəxsi münasibətlərə və ailənizin daxili işlərinə qarışmaması barədə anası ilə gözəl şəkildə söhbət etsin. Həmçinin, müəyyən şeyləri qaynananızdan gizli də edə bilərsiniz. Həmçinin bu cavabları oxuyun:

Teqlər: 
Paylaş: