Allah yolunda şəhid olanlara "Allah rəhmət eləsin!" demək olarmı?

    18.06.2021
Kimdən: 
Malik
Sual: 
Salam Aleykum. Şehide Allah rehmet elesin demek olar?Yeni onlar Allah in özel bir qatina cixirlar.Buna baxmarayaq demek onlar. İndiden Teşekkürler
Cavab: 
Va aleykum Salam. Ölən hər bir müsəlman üçün, həmçinin şəhidlər üçün Allahdan rəhmət diləmək və yaxınlarına başsağlığı vermək icazəlidir. Bu, duadır və onu deməkdə heç bir qadağa yoxdur. Həmçinin, başına müsibət gələn müsəlmana təsəlli vermək savabdır. Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Kim müsibətə düçar olmuş mömin qardaşına təsəlli verərsə, Qiyamət günü Allah onu fərəhləndirəcək yaşıl paltar geyindirər". Soruşdular: "Ey Allahın Rəsulu, onu nə fərəhləndirəcək?" O buyurdu: "Qiyamət günü ona qibtə ediləcək". (Xatib əl-Bağdadi "Tarixu Bağdad", 7/397). Yəni, hər bir müsəlman başqa müsəlmanlar üçün dua etməlidir. Uca Allah buyurur: "Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!" (əl-Həşr, 10).
İslam dininə görə digər ölülərdən fərqli olaraq şəhid kəfənlənmir (öldüyü paltarda dəfn edilir), yuyulmur və ona cənazə namazı qılınmır, çünki Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Uhud döyüşündə şəhid olanlara cənazə namazı qılmamışdır. (əl-Buxari, 1347). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: