Sevgilimlə evlənmək niyyətim olarsa, onu öpə bilərəmmi?

    29.07.2021
Kimdən: 
....
Sual: 
Salam Aleykum. Sualım belədir: "Mənim bir sevgilim var. Fikrimiz ciddidir, amma artıq özümü saxlaya bilməyib bəzən öpürəm, öpmək zina sayılır? Əgər doğrudan da evləniləcəksə öpmək yenə də haram sayılırmı?" Sualı bacardığım qədər qısa və konkret yazmağa çalışdım. Allah razı olsun.
Cavab: 
Va aleykum Salam. Kəbin olmadan naməhrəm qadını öpmək günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Sizdən birinizizin başı iti dəmir parçası ilə deşilməsi onun üçün halal olmayan bir qadına toxunmaqdan daha xeyirlidir". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 20/212). 
Hətta evlənmək niyyəti olsa belə kəbin olmadan naməhrəm qadına toxunmaq və ya öpmək böyük günahdır və bu, zinaya aparan səbəbdir. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası zinaya aparan yolda addımlamaqdır" (İmam Əhməd "Musnəd", 1/412). Daha ətraflı: Sevgililər bir-biriləri ilə görüşüb, əl-ələ tuta bilərlərmi?
Teqlər: 
Paylaş: