Ərim bacısını gəzməyə aparır, məni isə yox. Bu doğrudur?

    27.04.2014
Sual: 
Salam aleykum. Menim erim tez-tez bacisini gezmeye aparir, amma meni yox. Men deyende ki, meni de apar mene hirslenir. Bu Allah yaninda ne derecede dogrudur?
Cavab: 

Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz ailəsi ilə gözəl davranmış və müsəlmanlara da gözəl davranmağı buyurmuşdur. Yaxşı olar ki, sizi də aparsın. Ümumiyyətlə kişi öz qadınına ən yaxşı işləri etməlidir, onu sevindirməlidir və daim könlünü almalıdır. Ona görə ki, Allah yanında böyük məsuliyyət daşıyır və xanımı ona dəyərli bir əmanətdir. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə üstündürlər". (əl-Bəqərə, 228).

Teqlər: 
Paylaş: