İslam sözü ilk dəfə dinimizə nə vaxt daxil olub?

    29.04.2014
Sual: 
Salam aleykum. Islam sozu peygember (s.a.s) gelenedek movcud olubmu? Yeni islam sozunu peygember deyib ilk defe? Dinimize islam adini vermek nezerde tuturam. Bu barede etrafli ve deqiq melumat vermeyinizi rica edirem. Allah razi olsun!
Cavab: 

Aleykum salam. İslam sözü Peyğəmbərin gəlməsindən əvvəl də mövcud olmuşdur. Lakin islam sözü ilahi dinin adı kimi istifadə edilməsi Quran nazil ediləndən və Muhəmməd peyğəmbər olaraq göndəriləndən sonra baş vermişdir. Həmçinin, digər sözlər də. Məsələn, namaz (əs-salah) sözü ərəblərdə dua mənasında istifadə olunurdu. İslamın gəlişindən sonra bu sözü namaz üçün istifadə etməyə başladılar. Həmçinin, zəkat sözü ərəb dilində təmizlik, artma mənasını ifadə edən söz olmuşdur. İslamın gəlişi ilə bu adi söz ildə bir dəfə kasıblara verilən sədəqə mənasında istifadə edilməyə başlanıldı.
 

Paylaş: