Həyat yoldaşımın Topaz oynamasına görə günah qazanıram?

    30.04.2014
Sual: 
Salam aleykum. Qardaş men özüm Allah yolunda olan bir xanimam hicabdayam ve elhemdulilleh Quran oxuyuram. Menim heyat yoldashim spirtli ichkiler ichendir. Her gun yox, amma ara gunler. Men onu ne qeder bu pis ishlerden dondermek isteyiremse de, ancaq alinmir. Haram pul qazanmaqla, yeni top.az kuponlari oynamaqla meshguldur. Bu ne qeder duzgundur? Men gunah qazanmiram ki, ona gore? Bir de men toya gediremse, masada ichki varsa, menim orada oturmagim duzgundurmu? Butun bunlarla bagli etrafli yazmaginzi chox rica edirem. Chox sag olun! Allah komeyniz olsun! Amin!
Cavab: 

Aleykum salam. Topaz və ya hər hansı bir lotoreya növü qumardan sayılır. İslama görə isə qumar oynamaq böyük günahdır. Həyat yoldaşınızın bu haram oyun vasitəsilə qazanc əldə etməsinə görə inşallah siz heç bir günah qazanmırsınız. Lakin buna baxmayaraq onu bu işdən çəkindirməyə çalışmalısınız. 
Toyda içki məclisində oturmaq məsələsinə gəldiksə isə içki olan məclisdə oturmaq günahdır. 

Teqlər: 
Paylaş: