Şəhvət hissini necə cilovlamaq olar?

    02.05.2014
Kimdən: 
Rəşad
Sual: 
Salam aleykum. Qardaş şehvet hissinden chox eziyyet chekirem. Bunun uchun ne ede bilerem? Eger charesi evlenmekdirse, hele ki, evlenmeye qoymurlar. Bunun uchun xususi bir dua varmi? Yaxud da oruc tutmaqla shehvet hissi azalarmi?
Cavab: 

Aleykum salam. Bunun çarəsi evlənməkdir. Əgər evlənmək imkanı yoxdursa, əlacı oruc tutmaqdır. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir". (əl-Buxari, 5066; Muslim, 1400).
Bunun üçün xüsusi bir dua yoxdur. Siz ümumi bir dua edin ki, Uca Allah sizi və bütün subayları evləndirsin və şərr əməllərdən qorusun.   

Teqlər: 
Paylaş: