Heyz qüslü almadan üstündə Ayətül-Kürsü gəzdirmək olarmı?

    13.11.2021
Sual: 
Salam, heyz olmasada heyz qüsulu almadan üstündə Aytəl Kürsü yazılmış duanı asmaq olar? Yoxsa günah olur?
Cavab: 
Aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dinimizdə Quran ayəsini boyuna asmaq buyurulmayıb. Quran ayələri oxumaq və əməl etmək üçündür. Düzdür, Quran şəfadır, lakin bu şəfanı əldə etmək üçün Quran ayələrini oxumaq lazımdır. Bu barədə ətraflı oxuyun: Dua və ya Qurandan surə yazıb onu üzərində gəzdirmək olarmı?
Hayz qüslü almadan Qurana və ya Quran ayəsi yazılan vərəqlərə bir başa toxunmaq haramdır. Bu barədə ətraflı oxuyun: Qadın heyzli olduqda nələri edə bilməz?
Teqlər: 
Paylaş: