"Oğlum olsa adını Əli qoyacam" deyə niyyət edənin oğlu olarmı?

    17.01.2022
Kimdən: 
Alide
Sual: 
Salam. Men internetde oxumuşdum ki hamile qadın 3 ayına kimi niyyet ederse ki oğlum olsa adını Eli qoyacam Allah teala ona oğul övladı bexş eder. Uşaq doğulandan sonra başqa ad qoyulsa nece olar???
Cavab: 

Va aleykum Salam. Dinimizdə belə bir şey buyurulmayıb. Nə Quranda, nə də hədislərdə "oğlum olarsa adını Əli qoyacam"- deyə niyyət edənin uşağı oğlan olar" kimi bir şey bildirilməyib. Ana bətnində olan uşağın qız və ya oğlan olması Allaha aiddir. Uca Allah bu xüsusda buyurur: "Göylərin və yerin mülkü Alla­ha məxsusdur. O, istədiyini yara­dır; ki­misinə qız uşaqları, kimisinə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, is­tə­diyini də sonsuz edir. Hə­qiqətən, O, hər şeyi biləndir, qadirdir" (əş-Şura, 49-50). Belə bir niyyət etmək düzgün deyil və siz övladınıza istədiyiniz adı qoya bilərsiniz. Həmçinin oxuyun: Uşağa ad qoymaq barədə

Teqlər: 
Paylaş: