Giveaway yarışmasında iştirak etmək olarmı?

    30.12.2021
Sual: 
Salam. Giveaway yarışları haramdır?
Cavab: 

Va aleykum Salam. Giveaway yarışması izləyicisi çox olan instagram və ya facebook səhifələri tərəfindən müəyyən şirkətləri və ya şirkətin malını reklam etmək məqsədilə aparılan bir yarışmadır. Bu yarışma reklam xarakteri daşıyır. Səhifə sahibi izləyicilərinə müəyyən şirkətin malını və ya özünü daha çox reklam edib bəyənməyi təklif edir, sonra daha fəal iştirakçı mükafatlandırılır. Əgər iştirakçı bu yarışmada iştirak etmək üçün pul qoymursa, bu yarışmada iştirak edə bilər. Həmçinin diqqət etmək lazımdır ki, reklam olunan şirkət şəriət tərəfindən haram olunmuş işlə məşğul olmasın və haram mal istehsalçısı olmasın, reklam olunan mal da haram mal olmasın. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: