Marketlərdə təqdim olunan uduşlu lotoreyalarda iştirak etmək olarmı?

    30.12.2021
Kimdən: 
Elçin
Sual: 
Salam aleykum.Supermarketlerin birinden mal aldığım üçün mene market terefinden pulsuz lotereya teqdim edirlir.Yeni bu lotereyanı almaq üçün vesait serf etmirem. Ayda bir defe market müşterileri üçün lotereya keçirilir. Bilmek isterdim bu lotereyada iştirak etmek haramdırmı?
Cavab: 

Va aleykum Salam. Mağazalarda və supermarketlərdə keçirilən hədiyyəli lotoreyada iki şərtlə oştirak etmək icazəlidir;

1) Uduş kompaniyasının satılan malların qiymətinə təsiri olmasın, yəni uduş olduğuna görə mallar adi qiymətdən baha satılmasın;

2) Malı alan şəxs lotoreyada iştirak etmək məqsədilə mal almasın, yəni məqsədi mal almaq olsun.

Əgər bu iki şərt olarsa, belə lotoreyalarda iştirak etmək icazəlidir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: