Heyvanı kəsərkən onu qibləyə tərəf çevirmək vacibdirmi?

    24.02.2022
Kimdən: 
Kenan
Sual: 
Salamun eleykum Qardas men xaricde yasayiram ,,burda halal et tapmak cetindi,ama burda tacikler varki namazda qilillar olar hazir paketlenmis halal toyux satillar,ustundede halal deye yazilib ama satici deyirki bu toyuxlari uzu qibliye qoymax mumkun dor eyaqlarinan baglanar uzu asagi kesilir bir nefer durub her toyux kesidikce bismillah deyib kesir,.Bu toyuxlar halalmi harammi? sizden cox xais edirem cavablandirardiz menim sualimi.
Cavab: 

Va aleykum Salam. Kəsilən heyvanın ətinin halal olması üçün əsas olan kəsərkən "Bismilləh" (Allahın adı ilə) deyilməsidir. Toyuqlar avtomatik qaydada kəsilirsə, həmin avadanlığı işə salarkən bir dəfə  "Bismilləh" demək kifayətdir. Heyvanı qibləyə tərəf tutmaq isə vacib deyil. Odur ki, bu toyuqlar halal sayılır və onlardan alıb yeyə bilərsiniz.

Teqlər: 
Paylaş: