İmam Mehdi necə zühur edəcək?

    04.05.2014
Kimdən: 
ESMA
Sual: 
Salam aleykum. Menim qaynimin oglunun adi Sahibdir ve onun 4 yashi var. Yoldashim ona "Sahib ez Zaman" deyir. Men deyirem ki, ele deme, gunahdir. Deyir ele belke bu hemin imam Sahibdir. Bu ne derecede dogrudur? Bilmek isterdim ki, imam Sahib ez Zaman nece zuhur edecek?
Cavab: 

Aleykum salam. Sahib adını qoymaqda heç bir problem yoxdur. Lakin heç bir kəsi Sahib əz Zaman (zamanın sahibi) deyə çağırmaq olmaz. Çünki zamanın sahibi (ağası) yalnız Uca Allahdır. Əslində isə həmin insana Mehdi deyilir. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir. Özü Həsən ibn Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) nəslindəndir. Yer üzünü ədalətsizlik və zülm bürüyəcəyi zaman o, üzə çıxacaq və orada ədaləti bərqərar edəcəkdir. Onun adı Peyğəmbərin (sallallahu aleyhi və səlləm) adı kimi, atasının adı da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) atasının adı kimi olacaq. Yəni, onun adı Muhəmməd ibn Abdullah olacaq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Ərəblərə əhli beytimdən olan bir kişi rəhbərlik etməyincə, dünya dağılmayacaqdır. Onun adı mənim adım kimi, atasının adı isə mənim atamın adı kimi olacaq. Yer üzündə zülm və ədalətsizlik hökm sürdüyü bir zamanda o, hər yerdə ədaləti və düzgünlüyü bərqərar edəcək”. (Əbu Davud", 4282).
Hədisdən göründüyü kimi Mehdi Peyğəmbərimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) əhli-beytindən dünyaya gələcək. 

Paylaş: