Məktəbdə işləmək üçün diplomum uyğun deyilsə, orda işləsəm günah qazanırammı?

    20.07.2022
Kimdən: 
Amina
Sual: 
Salam aleykum .Men özel universitet bitirmishem.Nazirlikle elaqe saxladim dediler devlet nezdinde üniversitet bitirmiş sayilmirsiz.men dovlet işinde islesem Mektebde bu harammi olar?oz peshemi mükemmel bilirem
Cavab: 

Va aleykum Salam. Əgər sizin həmin dövlət müəssisəsində işləməniz qanunla qadağandırsa, ora digər yollarla işə düzəlməklə günah qazanmış olacaqsınız. Çalışın, öz ixtisasınıza uyğun digər işlər görəsiniz. Məsələn, özəl kurslarda və ya evdə repetitorluq fəaliyyəti kimi. Uca Allah buyurur: "Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər." (Talaq, 2-3).  Həmçinin oxuyun: Halal ruzi axtarın!

Teqlər: 
Paylaş: