Əyyub peyğəmbərin etdiyi duanının oxunuşunu yaza bilərsiz?

    24.02.2022
Kimdən: 
Ruslan Rüstəmov
Sual: 
ƏSSalamu Aleykum va Rahmətullahi va bərəkatuhu. Əyyub (ə) etdiyi duasının oxunuşunu yazardızda zəhmət olmasa
Cavab: 

Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Uca Allah Qurani-Kərimdə Əyyubun (ona salam olsun) duası haqda belə buyurur: "Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" (əl-Ənbiya, 83). Bu duanın oxunuşu belədir: "Ənnii məssəniyəd-durru və əntə ərhəmur-raahimin". Əyyub (ona salam olsun) barədə ətraflı oxuyun: Əyyub peyğəmbərin imtahanı

Teqlər: 
Paylaş: