Zülm edən insanın duası qəbul olunurmu?

    19.07.2022
Sual: 
Salam.Ah alan insanin duasi qebul olunurmu?
Cavab: 

Va aleykum Salam. Ümumən günah işlər görmək duaların qəbul edilməsinə mane ola bilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Uzun bir səfərə çıxmış bir kişi saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: "Ey Rəbbim! Ey Rəbbim" deyər, lakin yediyi haram, içdiyi haram, geydiyi haram, haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun?" (Muslim, 1686). Başqasına zülm etməklə qazanılan qazanc da haram yeyilən, içilən və geyilən şeylərdən sayılır. Lakin duaların qəbul olması Allaha aid olduğuna görə, konkret bir şəxsin dualarının qəbul olunub-olunmayacağını demək mümkün deyil. 

Teqlər: 
Paylaş: