Sərxoş kişinin arvadını boşaması sayılırmı?

    01.05.2022
Kimdən: 
Xanım
Sual: 
Salam kişi içkili olub qadına bir neçədəfə çıx get deyib,ayıq olduqda isə heçnə olmamış kimi rəftar etsə boşanmış olurmu
Cavab: 

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, boşanma kişinin qadına ayıq başla boşamaq niyyəti ilə "səni boşadım" və ya "talaq verdim" kimi açıq-aydın boşanmaya dəlalət edən sözlər deməsi ilə baş verir. Əgər ağlı başında olmayacaq dərəcədə içkili olmuşsa bu halda dediyi sözlər boşanma sayılmır. Uca Allah sərxoş insanın namazda dediklərini mötəbər saymayaraq buyurur: "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, eləcə də cunub olduğunuz halda, – yolüstü keçən istisna olmaqla – qüsl edənədək namaza  yaxınlaşmayın" (ən-Nisa, 43). Bəzi alimlər bu ayəyə əsaslanaraq sərxoş insanın talaqını (boşamasını), alış-verişini, hədiyyə etməsini mötəbər saymamışlar. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: