Valideynlər səhv etdikdə bunu onlara bildirmək olarmı?

    29.04.2022
Kimdən: 
Zöhrab
Sual: 
Salam aleykum. Atam və ya anam səhv hərəkət edəndə mən onun səhvini ona deyə bilərəm?
Cavab: 

Va aleykum Salam. Əvvəla bilmək lazımdır ki, səhvsiz insan yoxdur. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: "Hər bir Adəm övladı xəta (günah, səhv) edəndir. Onların ən xeyirliləri isə tövbə edənləridir". (İmam Əhməd, 3/198; ət-Tirmizi, 2499; İbn Məcəh). Valideynlər səhv etdikdə bunu onlara gözəl şəkildə, xətirlərinə dəymədən bildirməkdə bir qəbahət yoxdur. Həmçinin oxuyun:

Valideynləri incitməyin günahı

Teqlər: 
Paylaş: