Başqası mənə məxsus əşyanı götürüb qaytarmırsa, nə etməliyəm?

    02.11.2022
Kimdən: 
Kamil
Sual: 
Salam bele bir sualım var.eger bir cail mominin hansısa bir eşyasını götürüb vermek istimirse ve deyir ona halallıq ver o zaman mömin onunla dalaşsın yoxsa ne etsin xaiş edirem cavab veresiniz evvelceden teşekkür edirem.
Cavab: 

Va aleykum Salam. Əvvəla əşyanı gözəl yolla almağa cəhd edin və qarşı tərəfə nəsihət eedərək qul haqlarına girməyin günah olduğunu xatırladın. Əgər əşyanı öz xoşu ilə qaytarmaqdan imtina etsə bu zaman daha sərt üsullara əl atın. Əgər sərt yola əl atmaq daha böyük fəsada səbəb olarsa, bu halda ayədə buyurulduğu kimi, cahildən üz döndərib bağışlanma yolunu tutmaq daha yaxşıdır. Uca Allah Quranda buyurur: "Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahil­lər­dən üz döndər" (əl-Əraf, 199).

Paylaş: