Üzrlü səbəbdən oruc tuta bilməyən şəxsin kəffarə verməyə də imkanı yoxdursa, nə etməlidir?

    08.07.2022
Kimdən: 
Dəyanət
Sual: 
Salam aleykum. Səbəbli oruc tuta bilməyən adam, gündəlik adam yedirtməyə imkani yoxdursa, nə etməlidir?
Cavab: 

Va aleykmu Salam. Üzrlü səbəbdən Ramazan orucunu tuta bilməyən şəxs hər güna görə bir kasıbı yedizdirməlidir. Kasıb yedizdirmək həm yemək verməklə, həm də ərzaq alıb verməklə yerinə yetirilir. Hər günə görə təqribən bir kilo yarım quru qida məhsulları (un, düyü, qarabaşaq, un məmulatları, mərcimək və s.) verməlidir. Əgər buna gücü yetmirsə bu halda onun üzərindən bu hökm götürülür. Ətraflı oxuyun:  Oruc tuta bilməyən kasıbları yedizdirməlidir, bəs imkanı olmayan nə etsin?

Teqlər: 
Paylaş: