Allaha "sən" deyə müraciət etdiyimiz halda, niyə insanlara "siz" deyə müraciət edirik?

    09.05.2014
Kimdən: 
esma
Sual: 
Salam aleykum. Allaha sen deye muraciet etdiyimiz halda niye insanlara siz deye muraciet edirik? Eger hormet elametidirse, bes o zaman Allaha hormetsizlik etmish oluruqmu? Ve ya ozumden yashda boyuk olana sen desem bu gunagdirmi?
Cavab: 

Aleykum salam. Böyüklərə hörmət ederək "siz" deyə müraciət etməyimiz bizim xalqın adət-ənənəsinə görədir. Ərəblərdə isə "siz" deyə müraciət etmək iki nəfərdən çox olan insanlara deyilir. Yəni "siz" demək yalnız cəm şəkilçisini bildirir. Ona görə də Qurani Kərimdə və Peyğəmbərimizin (salləllahu aelyhi və səlləm) hədislərində Allah Təalaya və Peyğəmbərə (salləllahu aelyhi və səlləm) "sən" deyə müraciət olunur. 

Paylaş: