Ziyarətgahdan gətirilən yeməyi yemək olarmı?

    18.07.2022
Kimdən: 
..
Sual: 
1)Batil ziyaretgahlardan mes:kerbeladan, meşhedden getirilen qidaları yemekle bağlı bir sehih aye ve hedis varmı? 2)evde bir rafi0i var.Çalışıram yemek bişirende yanında durum niyyet etmesin yemeye. Bezen halva bişirende üreyim şübhede qalır. Her defe de soruşa bilmirem ki, ne münasibetle etmisen? Yemeye şirk qarışdırmaq mümkündür? Çünki bunların esli halaldı, etden başqa? Ve eger şirk qarışdırılıbsa onu yemek-yememekle bağlı sehih delil getire bilersiniz?
Cavab: 
Əssələmu aleykum. 

1) Əgər qeyd etdiyiniz qidalar ziyarətgahda götürülübsə, bu qidaları yeməyin. Əgər ziyarətgah yerləşən şəhərin mağazalarından alınıbsa, bu qidaları yemək olar. Həmçinin oxuyun:
Ziyarətgahdan hər hansı bir əşya gətirmək olarmı?
Ziyarətgahdan gəlmiş üzükdən uğur gözləmək barədə

2) Əgər yemək bidət və ya şəriətə müxalif olan mərasimlər üçün bişirilmirsə bu yeməkdən yemək icazəlidir. Şirk, Allaha ibadətdə şərik qoşmaqdır və yeməyə şirk qarışdırmaq kimi bir anlayış yoxdur. Daha ətraflı:
Yas mərasimlərində ehsan yeməyi bişirməyin hökmü nədir?
Novruz münasibətilə bişirilən yeməkləri yemək olarmı?

Teqlər: 
Paylaş: