Qonaq üçün Fitrə zəkatı çıxarılırmı?

    28.04.2022
Kimdən: 
Namik
Sual: 
Salam aleykum. Ramazan bayramında qonağın fitrəsini ev yiyəsi çıxartmalıdırmı?
Cavab: 

Va aleykum Salam. Əsl budur ki, hər kəs özü və himayəsində olan şəxslər üçün Fitrə zəkatı çıxarmalıdır. Əgər bir evdə qonaq ramazan ayı boyunca qalmışsa və ramazan ayı boyunca onun xərclərini ev sahibi çəkmişsə, bu halda ev sahibi qonağın razılığı ilə onun əvəzinə Fitrə zəkatı çıxara bilər. Lakin yaxşı olar ki, qonaq Fitrə zəkatını öz malından çıxarsın, çünki Fitrə zəkatı çıxarmaq əmri ona da aiddir.

Teqlər: 
Paylaş: