Pirlər peyğəmbərlərin qəbirləridirmi?

    09.05.2014
Sual: 
Salam aleykum. Men bilirem ki, pirlere getmek duzgun deyil. Amma bir nefer mene dedi ki, guya pirler Peyqemberlerimizin qaldigi yer olub. Meselen, Xidirzinda adlanan pir heqiqeten Xizir peyqemberin qaldigi yerdir? Allah 124000 peyqember gondermishdir. Pirlerin peyqemberlerle elaqesi varmi? Men duzu inanmiram. Allahi qoyub pirlere dua edirler.
Cavab: 

Aleykum salam. Muhəmməd peyğəmbərdən (salləllahu aelyhi və səlləm) başqa heç bir peyğəmbərin qəbirinin yeri məlum deyil, ona görə də, bu iddialar batildir. Pirlər peyğəmbərlərin (Allahın onlara salamı olsun) dəfn olunduğu yer olmuş olsa belə, onlara ibadət etmək olmaz. Çünki ibadət haqqına malik yalnız Uca Allahdır. Mələklərə, peyğəmbərlərə (aleyhimis-sələm), övliyalara, qəbirlərə, daşlara, bir sözlə Uca Allahdan başqa heç bir şeyə ibadət etmək olmaz. Pirlərə gedib orada olanlara dua etmək, nəzir demək, qurban kəsmək, pənah aparmaq Allah Təalaya ibadətdə şərik qoşmaqdır. Bu ən böyük günahdır. Uca Allah bütün peyğəmbərlərini (aleyhimis-sələm) ilk növbədə məhz bu böyük günahdan çəkindirmək və insanları yalnız Uca Allaha ibadət etməyə çağırmaq üçün göndərmişdir. Allah Təala buyurur: "Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan (Allaha şərik qoşmaqdan) uzaq olun" - deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!" (ən-Nəhl, 36). Daha ətraflı: Pirləri ziyarət etmək və onlardan yardım diləmək olarmı?
 

Teqlər: 
Paylaş: