Sahura bir-iki dəqiqə gecikən yemək yeyə bilərmi?

    03.05.2022
Kimdən: 
Vüqar
Sual: 
Salam aleykum. Səhura 1-2 dəqiqə gecikən adam tez bir-iki xurma yeyə bilər?
Cavab: 

Va aleykum Salam. Sübh namazının vaxtı girəndən sonra sahur yeməyinə başlamaq qadağandır. Sübh namazının vaxtı girməzdən əvvəl yeməyə başlayan adam vaxt girdikdən sonra bir neçə dəqiqə ərzində qarşısındakı yeməyi tamamlaya bilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kimsə əlində yemək qabı olduğu halda azanı eşitsə, ehtiyacı olan qədər yemədikcə qabını yerə qoymasın". (Əbu Davud, 2333).

Teqlər: 
Paylaş: