Qeyri-müsəlmanlara ilk olaraq salam vermək olarmı?

    03.08.2022
Kimdən: 
Nahidə
Sual: 
Salam aleykum. Bir yəhudi qonşumuz var, bizi görəndə salam aleykum deyir, biz də ona va aleykum salam deyirik. Bəs biz onu görəndə birinci salam aleykum deyə bilərik?
Cavab: 

Va aleykum Salam. Qeyri-müsəlmanlara ilk olaraq salam vermək qadağandır, lakin onlarla qarşılaşdıqda onları "sabahınız xeyir",  "xoş gördük", və s. kimi salamı əvəz edəcək ifadələr deyə bilərsiniz bilərsiniz. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Xristian və yəhudilərə ilk olaraq siz salam verməyin" (Muslim, 2167). Lakin əgər onlar sizə aydın ifadə ilə "əssələmu aleykum" desələr, bu zaman onlara salamı olduğu kimi və ya daha gözəl şəkildə qaytarmaq vacibdir. Uca Allah buyurur: "Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya verilən salamı olduğu kimi qaytarın!" (ən-Nisa, 86). İslam alimləri bu ayənin təfsirində demişdir:

"Bu möhtəşəm ayədən o da aydın olur ki, əgər kafirlərdən biri səni salamlayıb, aydın ifadə ilə "əs-Sələmu aleykə!" desə, ona "Va aleykəs-sələm!" deyə bilərsən. Çünki bunu deməklə onun salamını olduğu kimi qaytarmış hesab edilərsən. Qaldı ki Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) "Kitab əhli sizə salam verdiyi zaman siz onlara “Va aleykum!” deyin”, yəni onlara: "Va aleykumus-sələm!” deməyin!” sözünə, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bunun səbəbini həmin hədisdə açıqlayıb demişdir: “Yəhudilər salam verdikdə “əs-Səmu aleykum”, yəni “Sizə ölüm olsun!” deyə sizə bəddua edirlər. Siz də onlara “Va aleykum (sizin özünüzə olsun)!” deyin”. Bu hədisdən aydın olur ki, əgər onlar "əs-Sələmu aleykum" desələr, biz onlara "Va aleykumus-sələm" deyə cavab veririk, çünki Uca Allah buyurur: “Sizə salam verildiyi zaman onu daha gözəl şəkildə alın və ya verilən salamı olduğu kimi qaytarın!” (Şərh Riyadus-Salihin, 1/956).  Həmçinin oxuyun: Salam vermək haqqında

Paylaş: