Qəbir əzabı öz təsdiqini tapıbmı?

    11.05.2014
Kimdən: 
Həsən
Sual: 
Salam aleykum. Qəbr əzabı öz təsdiqini tapıbmı?
Cavab: 

Aleykum salam. Qəbir əzabının var olmasını Quran və səhih hədislər təsdiq edir. Allah Təala Firona qəbirdə verilən əzab haqqında belə buyurur: "Onları səhər və axşam­üstü oda salırlar. O Saat gələ­cəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!" (Ğafir, 46).
Allah Təala həmçinin buyurur: "Zalımları ölüm girda­bın­da olduqda, mə­lək­lərin də əl­lərini uzadıb: "Canları­nızı çıxarın! (Allahu əkbər. Onlar ruhlarının bədəndən çıxmasını istəməyəcəklər) Allaha qarşı na­haq söz­lər söylədiyinizə və Onun ayə­lərinə təkəbbür göstərdiyi­ni­zə gö­rə bu gün siz cəzalan­dırı­la­caq­sı­nız!" - dediklərini bircə gö­rəy­din". (əl-Ənam, 93).
Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) demişdir: "Qəbir əzabından Allaha sığının, qəbir əzabından Allaha sığının, qəbir əzabından Allaha sığının".
Daha ətraflı məlumat almaq üçün bu məqaləni oxuyun: Qəbir əzabı haqqında

Paylaş: