Ayrı-ayrı ölkələrdə yaşayan qız və oğlan necə kəbin kəsdirə bilərlər?

    24.10.2022
Kimdən: 
Asuman
Sual: 
Salam Aleykum. Bağışlıyın narahat ediremse. Oğlan türkiyede qızımız bakıda yaşıyır. 2 ay sonra toyları olacaq. Ama gelmeden dini nigah olmasını isteyiriy. Qızımızın kimsesi yoxdu. Birdefe evli olub ayrılıb. İkinci ailesi olacaq. Oğlanla kebie gire bilmesi üçün şertler nedir? Yeni oğlan uzağdayken nikah mümkündürmü? Mümkündürse ne etmek lazımdır?
Cavab: 

Va aleykum Salam. Nikahın düzgün sayılması üçün əsas şərtlər qızın vəlisinin (ata, qardaş, əmi, ata tərəfdən baba və s.) izni və işi kişi şahidin kəbində iştirakıdır. Qızın vəlisinin izni varsa kəbini oğlan yaşadığı ölkədə də kəsdirlə bilər. Bunun üçün qızın vəlisi ilə telefon əlaqəsi qurmaq kifayətdir. Qızın özünün kəbində iştirak etməsi şərt deyil. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: