Adəm peyğəmbər olubmu?

    24.10.2022
Kimdən: 
Elvin
Sual: 
Salam Aleykum qardaş bir söz soruşum sizden zehmet olmasa cvb vererdiz ADEM peygamberdir? Izahini yazardiz Cox sagolun Allah razı olsun
Cavab: 

Va aleykum Salam. Adəm (ona Allahın salamı olsun) ilk elçi (nəbi) olmuşdur. Rəvayət olunur ki, bir dəfə Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Adəmin (ona salam olsun) peyğəmbər olub-olmadığı barədə barədə soruşdular. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə cavab verdi: "Bəli, Adəm Uca Allahın vasitəsiz danışdığı elçisidir". (İbn Hibban, 6190). Lakin Adəm (ona salam olsun) peyğəmbər (rəsul) olmamışdır. Şəfaət hədisində bildirilir ki, Qiyamət günü insanlar Nuhun (ona salam olsun) yanına gəlib deyəcəklər: "Sən yer üzünə göndərilmiş ilk elçisən. Özünü də Allah şükür edən bəndə adlandırmışdır. Odur ki, Rəbbinin yanında bizdən ötrü şəfaət et!" (əl-Buxari, 6886, 7002, 7440). Həmçinin oxuyun:

Paylaş: